Şəmkirdə bədbəxt hadisə baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.
1973-cü il təvəllüdlü Bəxtiyar Hacıyev kələ-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, xəstə dünyasını dəyişib.
B.Hacıyevin yaxınlarının sözlərinə görə, mərhum yaşadığı evin 2-ci mərtəbəsindəki pilləkəndən yıxılıb.
Mərhum hadisə vaxtı sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.
Samir İsayev
www.102info.az