Lənkəranda Rusiya vətəndaşının idarə etdiyi yük avtomobili piyadanı vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə rayonun Boladi kəndi ərazisində qeydə alınıb.
Rusiya vətəndaşı, 1962-ci il təvəllüdlü Arsen Temirbekov idarə etdiyi “Volvo” markalı yük avtomobili ilə piyada, 1975-ci il təvəllüdlü Mərdan Hüseynovu vuraraq öldürüb.
Faktla bağlı cinayət işi başlanılıb.
www.102info.az