Mübariz Qurbanlı: “Bu cür cəhdlər bizim ölkədə məhvə məhkumdur”

Cəmiyyət

“Azərbaycanda dini durum sabitdir və bütün məsələlərdə tamamilə komitənin və hüquq-mühafizə orqanlarının nəzarəti altındadır”. 

Oxu.Az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. 

O bildirib ki, kimlərinsə sui-istifadə edərək, dini-siyasi sabitliyi pozmaq cəhdləri məhv edilir:

“Bu cür cəhdlər bizim ölkədə məhvə məhkumdur. Cəhdlərin qarşısını almaq üçün həm hüquq-mühafizə orqanlarının, həm ictimaiyyətin, həm də medianın böyük rolu var. Hesab edirəm ki bizim ölkə vəhdət ölkəsidir, tolerant ölkədir. Azərbaycan İslam həmrəylik təşkilatının üzvüdür. Biz islami dəyərlərə diqqət edən ölkəyik. Hesab edirəm ki, biz müxtəlif dini mənsəblərin mövcud olduğu, tolerant, multikultural dəyərlərin qorunduğu ölkədəyik”.

Könül Cəfərli

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir