Lənkəranda qanunsuz meşə materialının daşındığı müəyyən edilib – FOTO

Cəmiyyət

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran rayonunda 12-BH-750 dövlət nömrə nişanlı QAZ-53 markalı nəqliyyat vasitəsi ilə qanunsuz meşə materiallarının daşındığı müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı Qubadlı rayon sakini Rafəddin Həsənəliyevin idarə etdiyi avtomobilin yük yerində qanunsuz yolla əldə olunmuş 5 kubmetr həcmində odun aşkar olunub.

Lerik rayonunda keçirilən nəzarət tədbirləri zamanı isə rayon sakini Qabil Qubadova məxsus həyətyanı sahədəki ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 0,9 kubmetr həcmində işlik meşə materialı müəyyən edilib.

Bəhruz Məhəmmədovun sözlərinə görə, meşə materiallarının haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı hazırda araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir