Bakıda yeniyetmə itkin düşüb.
“Report”un xəbərinə görə, hadisə yanvarın 27-də Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü Rəhmətulin Nihat Sənan oğlu yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, Nihat iyirmi gün əvvəl, yanvarın 11-də də 8-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən “PlayStation klub” oyun zalına gedəndən sonra evə qayıtmamış və axtarışa verilmişdi.
www.102info.az