Bir müddət əvvəl Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində müvafiq icazəverici sənədləri olmadığına, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulduğuna görə tikintisi dayandırılmış obyektdə günün qaranlıq vaxtından və qeyri-iş günlərindən istifadə edərək yenidən tikinti işlərinin aparılması faktı aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı yenidən alınıb və obyekt sökülüb.



www.102info.az