Zaqatala rayonunda 17 yaşlı oğlan qəfil ölüb.
Oxu.Az-ın məlumata görə, 2006-ci il təvəllüdlü Turan Qurbanov hamamda çimən zaman özünü pis hiss edib. O, anasını köməyə çağırıb.
Qadın oğluna köməyə gələn zaman o vəfat edib.
T.Qurbanovun ürəktutmasından öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət
www.102info.az