Ağsu rayonunda bir ailənin iki üzvü dəm qazından zəhərlənib.
APA xəbər verir ki, Ağsu rayon sakinləri – 2007-ci il təvəllüdlü Yolçuyeva Ləman Ayaz qızı və bacısı, 2016-cı il təvəllüdlü Yolçuyeva Fatimə Ayaz qızı dünən gecə saatlarında zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Hazırda vəziyyətləri stabil olaraq qiymətləndirilir.
www.102info.az