“Valideynlərin hər ikisi diabet xəstəsidirsə, uşaqların 30 faizində bu xəstəliyin aşkarlanması mümkündür”.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə nazirliyin “Instagram” hesabında canlı yayımda sualları cavablandırarkən deyib.
O bildirib ki, diabetin genetik faktorla əlaqəli olduğu hər kəsə məlumdur:
“Bu gün diabet xəstəliyinin ən çox rast gəlinən növ – 1-ci tip diabetdir və bütün yaşlarda ortaya çıxa bilər. Son 10-20 ildə 2-ci tip diabet isə uşaqlarda rast gəlinir və bu, 10 yaşdan sonra ortaya çıxır”.
Könül Cəfərli
www.102info.az