“Həyat yoldaşım mənə şərt qoydu ki, ya mən, ya da heyvanlar. Mən də təbii ki, heyvanları seçdim. Heç də peşman deyiləm”.
Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində 60 küçə pişiyini himayəsinə götürərək onlara yaşayış olmayan binada qulluq edən heyvansevər deyib.
Lətafət xanım baxdığı pişiklərə görə 8 min manat kredit borcu olduğunu deyir.
“500 manat maaş alıram. Amma ayın axırında 1500, xəstə heyvanlar olanda isə 1800 manata qədər xərcim çıxır”, – deyə heyvansevər qeyd edib.
O, heyvanlara görə qızıllarını satmağından da bəhs edib:
“Üç gün ac qaldıq. Anam rəhmətə gedəndə mənə qızıl bağışlamışdı. Öz qızıllarım da var idi. Hamısını dəyər-dəyməzinə satıb, qəssab dükanından onlara yemək alıb verdim”.
Daha ətraflı süjetdə:
www.102info.az