Abşeronda epilepsiya xəstəsi qəflətən ölüb.
APA xəbər verir ki, Ceyranbatan qəsəbəsində yaşayan, 2007-2008-ci illərdə hərbi xidmətdə olan zaman başından və bədən nahiyəsindən güllə yarası alaraq yaralanan, hərbi xidmətdən tərxis olunan, sağlığında epilepsiya xəstəliyindən əziyyət çəkən, 1985-ci il təvəllüdlü Məmmədov Elçin Əlisəfa oğlu yaşadığı evin qarşısında siqaret çəkən zaman qəflətən halının pisləşməsi nəticəsində yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az