Azərbaycanda cinsi əlaqədə olmaq məqsədi ilə qadın şantaj edilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb.
Rayon sakini A.F. polisə ərizə ilə müraciət edərək Əli adlı şəxs tərəfindən şantaj olunduğunu bildirib.
Şikayətçi qadının sözlərinə görə, Əli onun şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyərək cinsi əlaqədə olmasını tələb edib.
Polisə daxil olan şikayət əsasında araşdırmalara başlanılıb.
Qadını şantaj edən kişinin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
www.102info.az