Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.
VAZ-21099 markalı minik maşını ilə “KamAZ” markalı yük maşını toqquşub. Qəza nəticəsində VAZ-da olan sərnişin hadisə yerində ölüb, sürücüsü xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.
www.102info.az