Ukraynada yaşayan soydaşımızın əmlakı raketlə vuruldu – VİDEO

Cəmiyyət

Ötən gecə Donetsk vilayətinin Kramatorsk şəhəri güclü raket atəşinə məruz qalıb.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov xəbər verir ki, raket zərbəsi şəhərdə ciddi dağıntılara səbəb olub. Dağıntılar zamanı üç nəfərin öldüyü, 20-dən çox şəxsin yaralandığı bildirilir. 

Kramatorskda yaşayan həmvətənlərimizə də ziyan dəyib. Belə ki, həmyerlilərimizdən birinin işlətdiyi mağaza raket zərbəsi zamanı dağılıb.

www.102info.az

Spread the love