Sumqayıtda Rusiya vətəndaşının meyiti tapılıb

Cəmiyyət

Sumqayıtda evdən meyit tapılıb

APA-nın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin Rusiya vətəndaşı 1989-cu il təvəlüdlü Yusifov Ağasif Qurban oğlu olduğu müəyyən edilib.

Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

34 yaşlı kişinin ölüm səbəbi aparılan ekspertizanın nəticələrindən sonra məlum olacaq.

www.102info.az

Spread the love