Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sabir küçəsində baş verib.
2005-ci il təvəllüdlü Lətafət Abbasova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə L.Abbasova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
www.102info.az