Heydər Əliyev prospektinin köməkçi yolunda hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət

Fevarlın 5-də, saat 09:00-dan 16:00-dək Bakı şəhəri, Heydər Əliyev prospektinin köməkçi yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan vaxt kəsiyində şəhər mərkəzi istiqamətində prospektin əsas yolundan istifadə etmələri xahiş olunur.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir