ƏƏSMN-in fəaliyyət sahələri üzrə son bir ayda 50 minə yaxın e-arayış verilib

Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinə dair elektron arayış xidmətləri vasitəsilə son bir ayda 50 minə yaxın e-arayış verilib.

Bu barədə ƏƏSMN məlumat yayıb.

Onlardan böyük hissəsini müavinət və təqaüd, pensiya təminatı, əlillik və iş yerinə, məşğulluğa dair arayışlar təşkil edib.

Son beş ildə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində nazirliyin 30 e-arayış xidməti də istifadəyə verilib.

Nazirliyin e-arayış xidmətləri vətəndaşlara iş yerinə və əlilliyə dair, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan verir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir