“Müəyyən kimyəvi reaksiyalardan başı çıxan iranlı burada narkotik hazırlayır” – Həkimdən XƏBƏRDARLIQ + FOTO

Cəmiyyət

“İnterAZ” və digər İrana bağlı olan müəssisələrdə əməliyyat keçirildi, agentura sisteminin çökdürülürməsi istiqamətində işlər aparılır, amma qonşumuzun Azərbaycanda əsas agenturası mollalar deyil, narkotrafikdir. Onu necə qapadacaqsınız?”

“Unikal” xəbər verir ki, bunu həkim-ekspert Müşfiq Hüseynov deyib.

“Beyni yuyulmuş gənci bir şəkildə normal həyata qaytarmaq şansı var. Onu iş və aşla təmin elə, zamanla düzələcək. Bəs canı “patı” ilə zəhərlənmiş gənclər necə olacaq? Onların müalicəsi yoxdur axı. Məcburən hamısının ölməyini gözləyəcəksən. İndi keçək əsas məsələyə. 

İrandan narkotrafikin qarşısını almaq problem deyil, sağ olsun sərhəd qoşunları. Amma kimyada 5-6 reaksiyadan başı çıxan adam “patı”nı qarajda da düzəldə bilər, çünki onun tərkibini oturduğun yerdə tapmaq 15 dəqiqənin işidir. Mən əminəm ki, İran “patı”nı burada da istehsal edir, yəni Azərbaycanda”.

Müşfiq Hüseynov narkotik asılılığından çıxış yolu ilə bağlı fikirlərini bildirib:

“Narkotik asılılığından çıxış yolu bəllidir. Bunu hamı bilir. Sintetik narkotikin küçələrə yol tapmasının qarşısını almaq üçün mütləq yüngül narkotikə icazə verilməlidir. Məsələn, marixuanaya. İstifadə etmək istəyən, bir şəkildə yararlanacaq. Bunun qarşısını heç bir güc ala bilməz. Deməli, vəziyyətdən çıxış yolu kimi ya marixuana leqallaşmalı və apteklərdə xüsusi reseptlə satılmalıdır. Ya da təbii xaşxaş yağı olan kannabisin satışına icazə veriləcək. 

Kannabis uzun illər nənələrimiz tərəfindən çörək bişirmədə istifadə edilən qara dənəciklərdən alınan yağdır. Dünyanın, demək olar ki, hər yerində bioloji qida əlavəsi kimi satılır. Belə deyək də, 2 kapsul kannabis 200 qr araq kimidir. Güclü ağrıkəsicidir, antioksidantdır və onkologiyada ağrıkəsici kimi istifadə oluna bilər. 

Avropada kannabisin kapsulundan “sprey”inə kimi hər şeyi satılır. Özü də açıq, marketdə. Türkiyədə bu ildən qeydiyyatına icazə veriləcək. Biz də bu barədə düşünsək, pis olmaz. Hələ gec deyil. Qadağan etmək, olmaz deyib həbs etmək, çıxış yolu deyil. İcazə verib, nəzarətdə saxlamaq lazımdır”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir