Bruselyoz xəstəliyinə qarşı monitorinqlər keçiriləcək

Cəmiyyət

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika üzrə epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlərin icrası məqsədi ilə iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə görə seroloji monitorinqlər keçiriləcək.

Bu barədə Oxu.Az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, 6-20 fevral 2023-cü il tarixlərində xəstəliyin ümumi yayılma səviyyəsini təyin etmək üçün ölkə ərazisindəki 39 rayon (şəhər) ərazisində yerləşən 50 başdan yuxarı iribuynuzlu heyvan təsərrüfatlarında saxlanılan südlük heyvanlar arasında monitorinqlərin aparılması planlaşdırılır.

Monitorinqlər zamanı südlük heyvanlardan təsadüfi seçim qaydası ilə qan nümunəsi götürülərək müvafiq müayinələrin aparılması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və regional sınaq laboratoriyalarına təqdim olunacaq. Nümunələrdə ilkin ümumi testlər, şübhəli hallarda isə təsdiqedici testlər aparılmaqla xəstəliyin ümumi yayılma səviyyəsi təyin olunacaq. Əldə edilmiş məlumatlar epizootiya əleyhinə tədbirlərin planlaşdırılmasında istifadə ediləcək.

Monitorinq zamanı götürülmüş qan nümunələrinin dabaq xəstəliyinə qarşı peyvənd aparıldıqdan sonra immun fonun təyin olunması məqsədi ilə Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrinin aparılması da nəzərdə tutulub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir