Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda dörd avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək

Cəmiyyət

Fevralın 5-də saat 09:00-dan 16:00-dək Bakıda, Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar dörd marşrutun hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 13, 38 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilərək Heydər Əliyev prospekti, əsas yoldan təşkil ediləcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir