Azərbaycanın məşhur vəkillərindən biri olan Loğman Abdullayev evində cərrahiyyə əməliyyatı keçirib.
Bu barədə vəkilin özü bildirib.
Onun sözlərinə görə, paytaxt xəstəxanalarında yer olmadığı üçün cərrah onun evinə gəlib:
“Hər şey arxada qaldı. Xəstəxanalarda yer olmadığı üçün əməliyyatı evdə elədilər. Xəstəxana dili ilə desək, reanimasiyadan palataya verildim. Ayağımdan əməliyyat olundum”.