Ağdaşda intihara cəhd hadisəsi olub.
Lent.az-ın məlumatına görə, rayon sakini 43 yaşlı G.Abdurahmanova yaşadığı evdə sirkə içərək özünü öldürmək istəyib.
O, dərhal xəstəxanaya çatdırılıb və həyatı xilas olunub.
Onun hansı səbəbdən özünü öldürmək istəməsi isə hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az