Bakıda “Range Rover” “Opel”lə toqquşub, polis xəsarət alıb – FOTO

Cəmiyyət

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Nizami rayonunda, “Maşın bazarı” adlanan ərazidə qeydə alınıb.

“Range Rover” markalı avtomobillə “Opel” markalı avtomobil toqquşub.

Bundan sonra “Range Rover” səkiyə aşıb.

Qəzadan sonra “Range Rover”in sürücüsü hadisə yerindən yayınıb. “Opel”də olan polis əməkdaşı xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisə yerinə gəliblər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir