Zaqatalada ikimərtəbəli ev yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, rayonun Aşağı Tala kəndində ümumi sahəsi 260 kvadratmetr (hər mərtəbəsi 130 kvadratmetr) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində hamam otağının lambirdən ibarət tavanı 9 kvadratmetr sahədə yanıb, yüksək temperaturdan plastik qapısı əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.102info.az