“Şuşa çox qədim şəhərdir”.
APA xəbər verir ki, bunu azad edilmiş ərazilərə səfər edən Braziliyadan olan səyyah Daniel Muniz Şuşaya səfərində jurnalistlərə açıqlamasında deyib.
Xarici səyyah şəhərin tarixindən və eləcə də ərazidəki işğal dövründə törədilən vandallıqlardan danışıb.
“İnsan düşünəndə ki, əsrlər əvvəl Şuşaya gələn tacirlər bu qala divarlarında karvanlarını burada saxlayıblar, bu çox möhtəşəm hisdir. Bu şəhərin tarixi haqqında öyrəndikcə mən oxuduqlarımı və eşitdiklərimi təsəvvür etməyə, gözümün qarşısında canlandırmağa çalışıram. Bütün bunlara görə, şəhərin nə qədər maraqlı bir yer olduğunu düşünmək olur. Bura gələnə qədər Qarabağın digər yerlərində də oldum. Orada böyük dağıntıları gördüm. Bu çox utancvericidir. Onlar bu yerlərin tarixi dağıdıblar, məhv ediblər”, – deyə səyyah vurğulayıb.
Daniel Muniz əlavə edib ki, gələcəyi görmək üçün tarix unudulmamalıdır.
www.102info.az