Bakıda restorana gələn şəxs orada ölüb

Cəmiyyət

Bakıda restoranda 65 yaşlı kişi ölüb.

“Report”un xəbərinə görə, hadisə fevralın 5-də Nərimanov rayonu ərazisində yerləşən “Malı” restoranında qeydə alınıb.

Belə ki, Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Quliyev Şirvan Sadiq oğlu restoranda vəfat edib.

Meyitin üzərində xəsarət və zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir