“Türkiyədə baş verən zəlzələ təbii hadisədir”.
Oxu.Az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli məlumat verib:
“1990-cı ildə İranda zəlzələ olanda sovet hakimiyyətindən icazə aldıq, 17 nəfərlik heyətlə onlara kömək etdik. Onda iranlılar deyirdilər ki, bunu Allah törədir, bəziləri də deyirdilər ki, amerikalılar süni şəkildə edirlər. Lakin süni ilə təbii zəlzələni biz ayıra bilirik. İndi də bir çoxları deyirlər ki, Türkiyədə baş verən zəlzələ süni halda törədilib. Lakin bu, belə deyil, Türkiyədəki zəlzələ təbii hadisədir”.
Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 1710 bina dağılıb, azı 284 nəfər həlak olub, 2323 nəfər yaralanıb.
Aysel Aslan
www.102info.az