Kahramanmaraşdakı azərbaycanlıların vəziyyəti necədir? – MÜSAHİBƏ

Cəmiyyət

Bu gün səhər Türkiyədə baş verən dəhşətli zəlzələnin episentri olan Kahramanmaraş şəhərində yaşayan azərbaycanlıların vəziyyəti açıqlanıb. 

Bu barədə Diaspor TV-yə Sütçü İmam Universitetinin müəllimi və doktorantı olan azərbaycanlı Həmran Əmirli danışıb. 

O qeyd edib ki, Kahramanmaraşda qeydiyyatda 56 nəfər azərbaycanlı var. Lakin onların neçəsinin hazırda şəhərdə olduğu məlum deyil. Çünki bəziləri imtahanlar bitdiyinə görə Azərbaycana qayıdıblar: “Buradakı azərbaycanlılarla əlaqə saxlaya bilmirik. Çünki əlaqə vasitələri, telefon, internet işləmir. Səhər tezdən səfirlikdən bizimlə əlaqə yaradılıb. Mən hazırda universitetin ərazisindəyəm və bütün əlaqə saxlaya bildiyim azərbaycanlı tələbələri bura çağırıram”.

H. Əmirli vurğulayıb ki, yaşadığı bina zəlzələdən zərər çəkib: “Şəhərin köhnə yaşayış yerləri tamamilə yararsız vəziyyətdədir. Xəstəxanaların bəziləri zərər çəkdiyinə görə bağlanıb. Gecəni “Kızılay” təşkilatı və ya AFAD tərəfindənqurulan çadırlarında keçirəcəklərini düşünürlər”. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir