Biləsuvar rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü G.Məmmədova və onun övladları: 2007-ci il təvəllüdlü M.Məmmədova, 2015-ci il təvəllüdlü A.Məmmədova və 2012-ci il təvəllüdlü R.Məmmədov dəm qazından zəhərləniblər.
Onlar rayon xəstəxanasına aparılıblar. Məlumata görə, ailə üzvləri İran istehsalı olan sobadan sızan dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az