Azərbaycan vətəndaşları Bakıdakı Türkiyə səfirliyinin qarşısında zəlzələ qurbanlarını anırlar – FOTO

Cəmiyyət

Azərbaycan vətəndaşları Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra qardaş ölkə ilə həmrəylik nümayiş etdirmək və zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsinə hörmət məqsədi ilə qardaş ölkənin Bakıdakı səfirliyinin qarşısına gül dəstələri düzüblər.

“Report” xəbər verir ki, insanlar hazırda səfirlik önünə gəlməyə davam edirlər.

Qeyd edək ki, baş verən fəlakət nəticəsində Türkiyədə bir həftə milli matəm elan edilib. Bununla əlaqədar səfirliyin önündəki Türkiyə bayrağı yarıya endirilib.

Fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Nəticədə azı 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir