“Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) hökumətin prioritetlərinə uyğun olaraq münaqişədən zərər çəkmiş ərazilərdə bərpa və yenidənqurma ehtiyaclarını həll etmək üçün hökumətə öz dəstəyini göstərməyə hazırdır”.
“Report” xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queiros fevralın 7-də Şuşada BMTİP və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə keçirilən konfransda deyib.
“Dayanıqlı iqtisadi artım, keyfiyyətli ictimai və sosial xidmətlərin göstərilməsi, ətraf mühitin mühafizəsi və yaşıl transformasiyanın təmin edilməsində təcrübəmizə arxalana bilərsiniz”, – o qeyd edib.
www.102info.az