“Bu günədək Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən 64 min hektarı minalardan təmizlənib”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin İnkişaf Proqramının (BMTİP) və ANAMA-nın birgə təşkilatçılığı ilə Şuşada minatəmizləmə mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Vətən müharibəsindən bəri 282 azərbaycanlı Ermənistanın basdırdığı minaların qurbanı olub, onlardan 46-sı həlak olub.
www.102info.az