Bakıda daha bir marşrut xətti üzrə sərnişindaşıma “Bakubus”a həvalə edilib

Cəmiyyət

Bakıda 44 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Agentliyin verdiyi müvafiq sərəncam ilə fevralın 8-dən etibarən Zığ qəsəbəsi – “Qara Qarayev” metrostansiyası istiqamətində hərəkət edən 44 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC təşkil edəcək.

“Bu addımda məqsəd 15 min nəfərdən artıq sakinin yaşadığı Zığ qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada daşınmasını təmin etməkdir”, – məlumatda deyilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir