Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

Cəmiyyət

Bu günə olan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 8-nə olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensivləşib.

Qar örtüyünün hündürlüyü Qaxda 45 sm, Ağdərədə (Ordubad) 32 sm, Şahdağda 14 sm, Xaltanda 12 sm, Göygöl, Gədəbəydə 10 sm, Qrız, Daşkəsən 8 sm, Altıağacda 7 sm, Oğuz 6 sm, Şəkidə 16 sm, Şahbuz 3 sm, Qəbələ, Zaqatala, Qobustanda 1 sm olub.

Düşən yağıntının miqdarı Qaxda 24 mm, Zaqatalada 16 mm, Balakəndə 12 mm, Oğuzda 10 mm, Lənkəranda 11 mm, Şəkidə 10 mm, Astarada 9 mm, Gədəbəydə 8 mm, Ağdərədə 7 mm, Qəbələdə 5 mm, Şahbuzda 4 mm, Mingəçevir, Sədərək, Tərtər, İmişlidə 3 mm, Zərdab, Altıağac, Qobustan, Yardımlıda 2 mm, Beyləqan, Kürdəmir, Naftalan, Ağdam, Ordubad, Naxçıvan, Maştağada 1 mm-dək olub.

Şimal-qərb küləyi arabir Neftçala, Mingəçevirdə 20 m/s, Naftalan, Ceyrançöldə 18 m/s,
Bakıda və Abşeron yarımadasında arabir 27 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,5 metrə çatıb.

Naxçıvan, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Qrız, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 50-100 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 5 dərəcəyə şaxta, dağlıq rayonlarda 11 dərəcə şaxta, aran rayonlarında 4 dərəcəyədək isti olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir