“Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun humanitar yardımını daşıyan təyyarə Türkiyəyə gəlir”.
Bunu “Report”un Qaziantepə ezam olunmuş müxbirinə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.
“Təyyaradə çadır, geyim, dərman vasitələri və digər əşyalar var. Bundan başqa, Azərbaycandan çıxmış 13 avtomobil xeyli yük gətirir. Həmin avtomobillərdə 260 çadır, 300 yataq, iki çox güclü generator, 8 000 ədəd isti paltar, 2 000 cüt corab, 350 masa, 1 000 oturacaq, 5 000 adyal var. Bunların hamısı Türkiyənin istəyinə əsasən yığılıb”, – səfir əlavə edib.
www.102info.az