Göyçayda kişi pilləkəndən yıxılaraq ölüb

Cəmiyyət

Göyçay şəhərinin Abdulla Farux küçəsində kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

“Report“un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon sakini, 1958-ci il təvəllüdlü Məhərrəmov Məhərrəm Allahqulu oğlu yaşadığı evin pilləkənindən aşağı düşərkən ehtiyatsızlıq səbəbindən yıxılıb.

Nəticədə betonun üstünə düşən 65 yaşlı kişi başından ağır travma alıb. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu araşdırma aparır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir