Şəhid Nicat Qasımzadə Höccət oğlu 10:11:2000-ci il Biləsuvar rayon Zəhmətabad kəndində anadan olub. Evin tək oğlu idi. 2007-ci il elə həmin kənddə Şəhid Ənvər Rəhmətov adına 28 saylı orta məktəbində 1-ci sinifə başlayıb, balacalığından qəhrəmanlara baxıb, mən də belə olmaq istəyirəm deyərdi. Dayısı oğlu ilə dalaşardılar “mən şəhid olacam”… Məktəbi bitirəndən sonra imtahan verdi. Tovuz Dövlət Sosial İqtisadi kollecə qəbul oldu. Amma oxumaq istəmədi. Əsgərliyi bitirib Rəsm Akademiyasına vermək istəyirdi. 2019-cu il yanvarın 3-də hərbi hissəyə çağırıldı. 3 ay müddətində Goranboyda xidmət etdi, bölgüdə Ağdama yollandı. Əsgərlik müddətində seçilən əsgər olub mənim şəhidim. Ağdamda 3 ay artilleriyada, 3 ay manqa komandiri, yaxşı atıcı idi. Hədəfə tam atardı. Puleyomotçuydu. Əsgərliyinin bitməsinə 2 ay qalmış isə kiçik çavuş olaraq evimizə geri döndü (06.07.2020). Çox sevindik, elə bildik qardaşım birdəfəlik evimizə qayıtdı. Sevincimiz uzun çəkmədi. Heç 3 ay tamam olmamışdı qardaşıma qovuşduğumuz. 21.09.2020-ci il qismən səfərbərliklə 2-ci Qarabağ müharibəsində iştirak etmək üçün çağırıldı. Füzuli, Cəbrayıl istiqamətində gedən döyüslərdə iştirak etdi. Müharibənin bitməsinə saatlar, bəlkə də saniyələr qala Şuşada noyabrın 9-dan 10-na keçən gecə ürəyindən dəyən qəlpə yarası ilə şəhid oldu. 12-si səhər bizə xəbər gəldi, dünyamız başımıza uçuldu. Qardaşımla noyabrın 3-ü danışmışdıq son dəfə. Anam dedi ki, oğul balam hələ sənin ayaqlarının yaraları sağalmamışdı, bir az ehtiyatli ol. O dedi: “Ana, sənin 3 qızın yox idi, 2 qızın var idi. Mən əlimdən gələni əsirgəməyəcəyəm. Rəbbim alnıma nə yazıbsa, onu yaşayacağam. Görüşərik” Harada vuruşduğunu gizlətdi bizdən. Elə deyirdi “narahat olmayın, hər şey yaxşıdı”. Qardaşım gəldi evimiz, amma sağ yox… Hər evə nəsib olmayan bayrağa sarılmış tabutda. Qardaşım istədiyi zirvəni fəth etdi, amma bizim gözlerimizi yaşlı qoyaraq… Məqamı ucadı, ayrılığı cox çətindi. Doya-doya qucaqlaya bilmədik qardaşımı, isti nəfəsinə həsrət qaldıq. Məkanın cənnət olsun, qardaşım.
Şəhidimiz Şuşadan gələn medalla və “Vətən uğrunda” medalı ilə təltif edildi.
Orada onunla vuruşan dostları deyirdi. “Nicat bizi neçə dəfə ölümdən xilas edib”.
Sentyabrın 20-də evə gələndə gördü hamımız ağlayırıq. Dedi, ana, kim isə ölüù? Anam dedi, yox balam, səni çağırırlar… Güldü, “mən bilirdim” dedi. Anama, bizə çox bağlıydı. Bizim göz yaşlarımıza dayana bilməzdi. Otaqdan çıxdı, özünü topladı, bizə ürək-dirək verdi…
“Vətən uğrunda medal”, bir də Şuşada şəhid olduğu üçün “Şuşa uğrunda” medal…
Nicat doğum günündə şəhid oldu.
Allah rəhmət eləsin!