13 yaşlı Rəsul ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun anası Nəsibzadə Fatma məlumat verib.
O bildirib ki, övladı Nəsibzadə Rəsul kəskin leykozdan əziyyət çəkir:
“Rəsul beş aydır ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alır. Oğlumun bədəni günü-gündən zəifləyir, göyərmələr əmələ gəlir. Vəziyyəti ağırdır, sümük iliyi nəqli olmalıdır. Donor bacısıdır ancaq bu əməliyyat üçün bizə 300 000 manat pul lazımdır. Bir otaqlı evdə yoldaşım və dörd uşağımla yaşayırıq. Maddi imkanımız zəifdir. Yardımsevər, imkanlı şəxslərdən xahiş edirəm balamın yaşaması üçün bizə kömək etsinlər”.
Ailə ilə əlaqə: 051 464 55 79













www.102info.az