İmişlidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Çaxırlı kəndi ərazisində Hüseyn Hətəmxanov idarə etdiyi “Mercedes-Benz” markalı yük maşını ilə 2014-cü il təvəllüdlü Cavid Mehdizadəni vurub.
Ağır xəsarət alan azyaşlı hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
www.102info.az