Ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı (İİB) Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirinin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 28-də Sumqayıt Kimya Sənaye Parkına səfər edib.
İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, İZİA İdarə Heyətinin sədri Elşad Nuriyev qonaqlara ölkəmizdə mövcud sənaye zonaları və aqroparklar, burada həyata keçirilən investisiya layihələri barədə məlumat verib, sənaye zonaları və aqroparkların təqdimatı nümayiş etdirilib.
Görüş çərçivəsində İslam İnkişaf Bankının sənaye zonalarında həyata keçirilən layihələrə cəlb edilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
Sonda Məhəmməd Süleyman Əl-Casirinin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının rezidentləri “Azertexnolayn” MMC-nin Polad boru, STP MMC-nin kabel zavodlarında gedən istehsal prosesi ilə tanış olublar.
www.102info.az