Bakı şəhərinin Suraxanı rayonunda yanğın hadisəsi olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 172 kvadratmetr (hər mərtəbəsi 86 kvadratmetr) olan ikimərtəbəli evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 20 kvadratmetr sahədə, dəhlizin tavanı 30 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.102info.az