Siyəzəndə bir ailənin iki üzvü dəm qazından ölüb

Cəmiyyət

Siyəzəndə iki nəfər dəm qazından zəhərlənərək ölüb.

“Report”un məlumatına görə, hadisə şəhərin S. Xeyrullayev, 63 ünvanında baş verib.

Belə ki, Siyəzən şəhər sakinləri 1977-ci il təvəllüdlü Arzu Adıgözəl oğlu Quliyev və həyat yoldaşı 1976-cı il təvəllüdlü Ruhiyyə Oqtay qızı Quliyeva dəm qazından zəhərləniblər.

Hər iki şəxs Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir