Fevral ayında Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları 57 faiz artıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında büdcəyə vergi daxilolmalarında müsbət dinamika müşahidə olunur.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin xətti ilə 2023-ü ilin yanvar-fevral aylarında büdcəyə 22,4 milyon manat vergi daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları 23,9 faiz artıb. Proqnoz 116,7 faiz səviyyəsində icra olunub.
2023-cü ilin fevral ayında vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 57 faiz və ya 4,5 milyon manat artıb.
Könül Cəfərli
www.102info.az