Azərbaycanda orta ümumtəhsil müəssisələrindən birində valideynlərdən pul yığıldığı iddia edilir.
Oxu.Az xəbər verir ki, bununla bağlı səs yazısı sosial şəbəkələrdə paylaşılıb. Belə ki, səs yazısında valideynlərdən qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə müəllimlər üçün 50 manatdan pul yığıldığı deyilir.
Valideynlərə göndərilən səs yazısında deyilir:
“8 Marta görə müəllimlərlə danışmışam. Həm kişilər üçün, həm qadınlar üçün yığılacaq. Kişilərin hədiyyəsi Novruz bayramında veriləcək, qadınlarınkı isə 8 Martda. Müəllimlərin sayını bilmirəm hələ. Hərəsinə 50 manatdan verəcəyik. Mən hesablayım, görüm, adama nə qədər düşür, deyəcəyəm, gətirin verin”.
Həmin səs yazısını təqdim edirik:
Məsələ ilə bağlı aidiyyəti üzrə Elm və Təhsil Nazirliyinə və Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlamışıq.
www.102info.az