İdarə rəisi ciddi nöqsanlara görə işdən çıxarıldı

Cəmiyyət

Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarılıb.

Mədəniyyət Nazirliyindən “Report”a bildirilib ki, bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli əmr imzalayıb. 

Əmrə əsasən, Azər Yusubov işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib.

Digər əmrlə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynova işində yol verdiyi ciddi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir