Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 828 628 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 327 nəfər müalicə olunaraq sağalıb, 10 122 nəfər vəfat edib, aktiv xəstə sayı 179 nəfərdir.
Ölkədə son sutka ərzində 2 292, hazırkı dövrədək isə 7 529 191 test aparılıb.
www.102info.az