Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində:
1. Alı Mustafayev küçəsi Ziya Bünyadov prospekti istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
3. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
5. Xətai prospekti, “Şərq bazar”-ı istiqamətində
6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak.Həsən Əliyev küçəsi istiqamətində;
7. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);
8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
10. Niyazi küçəsi Azneft dairəsi istiqamətində;
11. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
12. Babək prospekti, mərkəz istiqamətində;
13. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;
14. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
15. “20 Yanvar” dairəsində sıxlıq müşahidə olunur.
www.102info.az