Sədr: “İnsanlar maralı, cüyürü qida üçün, vəhşi heyvanları isə qorxudan öldürürlər”

Cəmiyyət

“1989-cu ildə ilk dərc olunan “Qırmızı Kitab”da 14 növ məməli heyvan var idisə, 2013-cü ildə dərc edilən kitabda məməlilərin növü 43-ə çatmışdı. Bu heyvanların nəslinin hansı sürətlə azaldığının əyani sübutudur”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin sədri Elşad Əsgərov nazirliyin “Facebook” hesabında yayımlanan “Ekspert saatı”nda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda iri məməli heyvanlardan olan marallar, ceyranlar, cüyürlərin və yırtıcıların nəsli kəsilməkdədir:

“İnsanlar bu heyvanları qida üçün ovlayırlar. Yırtıcıları isə insanlar özlərinə qarşı təhlükə hesab etdikləri üçün, qorxudan öldürdüklərini müşahidə edirik. İri məməlilərdən nəsli kəsilməkdə olanlardan bəbirin nəslini bərpa etməyə çalışırıq, lakin sayı azdır. Ayıların sayını nisbətən bərpa etmiş hesab edə bilərik. Təhlükədə olan bir sıra heyvanlar hələ də var. Avropada maral, cüyür hər yerdə, parklarda gəzirlər. Bizdə isə təəssüf ki, hələ də qırmızı kitabdadır”.

Qeyd edək ki, bu il “Qırmızı Kitab”ın üçüncü nəşrinin dərc edilməsi nəzərdə tutulub və işlər yekunlaşmaq üzrədir.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir