Yuxarı sinif şagirdlərinə gender-əsaslı stereotiplər ilə əlaqədar infosessiyalar keçirilib – FOTO

Cəmiyyət

“Gender Hub Azərbaycan”ın təşkilatçılığı ilə 25 yanvar – 28 fevral tarixləri müddətində ölkəmizin fərqli bölgələrində yuxarı sinif şagirdləri və gənc müəllimlərlə Böyük Britaniya hökuməti tərəfindən dəstəklənən layihə çərçivəsində infosessiyalar həyata keçirilib.

Oxu.Az xəbər verir ki, layihənin yekunu olaraq isə 3-5 mart tarixlərində Bakıda ölkənin müxtəlif rayonlarından seçilmiş 25 gənc və motivasiyalı müəllimin iştirakı ilə “Müəllimlər gender-əsaslı stereotiplərə qarşı” təlim kursu həyata keçiriləcək.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində, daha əvvəl də, “Gender Hub Azərbaycan” tərəfindən Bərdə, Şəki, Xaçmaz, Ağcabədi, Lənkəran rayonlarında eyni xarakterli infosessiyalar həyata keçirilib.

Həyata keçirilən təlimlər, ümumilikdə, 1500-dən çox şagirdi və 500-dən çox müəllimi əhatə edib.

Sessiyalarda erkən nikah, qohum evlilikləri, məktəblərdə bullinqlə mübarizə, gender əsaslı ayrı-seçkilik, zorakılığa səbəb olan zərərli adət-ənənələrin (qız qaçırmaq, erkən ailə qurmaq), sosial normaların transformasiyasının zəruriliyi və məktəblərin bu proseslərdəki rolu mövzuları ətrafında müzakirələr aparılıb.

İnfosessiyaların əsas məqsədlərindən biri məktəblilərin öz hüquqlarından xəbərdar olmaları, eləcə də erkən nikah və gender əsaslı ayrı-seçkilik hallarının hüquq pozuntusu olmasını öyrənmələri, digəri isə müəllimlərin və digər təhsil işçilərinin erkən nikah məsələlərinə hər kəsdən əvvəl məktəb və icra hakimiyyətləri tərəfindən müdaxilə edilməli olduğu və bu halların qarşısını almaq üçün məktəb rəhbərliyi, icra hakimiyyətləri tərəfindən sistematik şəkildə iş aparılmasının zəruriliyi faktının aşılanması olub. Şagirdlərin bu hüquqlarından xəbərdar ola bilmələri üçün isə mütləqdir ki, məktəblər, müəllimlər və ailə üzvləri strukturlu şəkildə çalışsınlar və şagirdləri maarifləndirsinlər. İnfosessiyalar zamanı erkən nikah məsələlərinə hər kəsdən əvvəl məktəb və icra hakimiyyətləri tərəfindən müdaxilə edilməli olduğu və bu halların qarşısını almaq üçün məktəb rəhbərliyi, icra hakimiyyətləri tərəfindən sistematik şəkildə əməkdaşlığın zəruriliyi qeyd edilib.

“Gender Hub Azərbaycan” tərəfindən 3-5 martda 25 gənc müəllimin iştirakı ilə həyata keçiriləcək təlim kursunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, Təhsil Nazirliyi yanında İctimai Şuradan, Azərbaycan Gənclər Fondundan nümayəndələr, eləcə də, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri və “FemAct” Qadınlar Fondunun təsisçisinin də ekspert olaraq çıxış etməsi gözlənilir.

Təlim kursunun əsas məqsədi erkən nikahlara və qohum evliliklərinə qarşı mübarizədə, həmçinin gender-əsaslı ayrı-seçkiliyə yol açan sosial normaların transformasiyasının zəruriliyində məktəblərin və təhsil işçilərinin rolunun əhəmiyyətinə diqqət çəkərək, onların bu istiqamətdəki fəaliyyətlərinin davamlı və dayanıqlı olmasına dəstək verməkdir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir